fbpx

Türkiyə ordusu hərbi əməliyyatlara başlayır: Yarımçıq işimizi tamamlayırıq

BEY.AZ informasiya agentliyi xəbər verir

“Cənub sərhədlərimiz boyunca 30 kilometr məsafədə təhlükəsizlik bölgələrinin yaradılması barədə həyata keçirdiyimiz fəaliyyətləri tamamlamaq üçün yeni addımlar atmağa hazırlaşırıq”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin yekunlarına dair açıqlamasında belə deyib. O bildirib ki, Türkiyəyə və təhlükəsizlik bölgələrinə hücumların təşkil edildiyi terrorçuların nəzarətindəki Suriyadakı mərkəzlər hədəfə alınacaq:

“Türkiyə Silahlı Qüvvələrimiz, təhlükəsizlik qüvvələrimiz, kəşfiyyatımız hazırlıqları tamamlayan kimi hərbi əməliyyatlar başlayacaq. Milli Təhlükəsizlik Şurasının toplantısında bu məsələləri ətraflı şəkildə müzakirə edərək, qərarlar qəbul edəcəyik. Ölkəmizin təhlükəsizlik məsələlərinə hörmət edənlərlə yalnız öz maraqlarını müdafiə edənlərin mövqeyini bu mərhələdə bir daha müşahidə edərək, gələcəkdəki siyasətimizdə buna istinad edəcəyik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu