fbpx

Türkiyə ordusundan QƏFİL HÜCUM: Çox sayda ölü var

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin müdafiə naziri Hulusi Akar ötən gecə İraqın şimalında başlayan antiterror əməliyyatlarının nəticələri barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, hərbi qüvvələr qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər. Hərbi əməliyyatlar zamanı terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və sursat anbarları məhv edilib. O bildirib ki, komandolar hərbi helikopterlər və zərbə PUA-larının dəstəyi ilə bölgəyə daxil olub və təyin olunan bütün hədəflər ələ keçirilib. Çox sayda terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gecə başlayan “Pəncə-Kilid “ hərbi əməliyyatları İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrini əhatə edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu