Türkiyədə qapıçı oyun vaxtı keçirdiyi infarktdan vəfat edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyədə veteran qapıçı Fatih Mumcu oyun vaxtı keçirdiyi infarktdan dünyasını dəyişib.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dadisə Ege Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin final matçında baş verib
“Bodrum Bələdiyyəsi Masterlər” komandasının 43 yaşlı oyunçusu “9 sentyabr Masterlər”lə görüşdə özünü pis hiss edərək yerə yıxılıb. Ona ilkin yardımı komanda yoldaşları göstərib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, qolkiperin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fatih Mumcu peşəkar karyerasında “Batman Petrolspor” və “Tavşanlı Linyitspor”un formalarını geyinib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.