fbpx
Xəbərlər

Türkiyəli jurnalist “Bayraqdar Qızılalma”dan danışdı: “Qarabağın təhlükəsizliyi əmin əllərdədir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Texnofest-2023” başlayıb.

Metbuat.az xəbər verir ki, bu il 7-cisi baş tutan beynəlxalq festivalda 102 fərqli kateqoriyalarda 41 yarış üzrə 1 milyondan çox layihə iştirak edir. Belə ki, komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.

“Texnofest-2023” çərçivəsində Türkiyənin “Bayraqdar Qızılalma”, “Bayraqdar Akıncı” və ilk dəfə olaraq “Bayraqdar-TB3” pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olunub.

Sərgidən Metbuat.az üçün özəl olaraq məlumat verən jurnalist Yavuz Güngör bildirdi ki, bu il sərgi iştirakçıları xüsusilə “Bayraqdar Qızılalma”nı görmək üçün gəlirlər.

“Bundan sonra səmalarımız əmin əllərdə olacaq. Zamanında Türkiyəyə “F35″ləri verməyənlərin inadına biz daha yaxşısını düzəltdik. İndi həm Türkiyə, həm də can Azərbaycanımız, Qarabağımız təhlükəsizlikdə olacaqdır”, – deyə Yavuz Güngör qeyd edib.

Məlumat üçün bildirək ki, festival mayın 1-dək davam edəcək.



Made with Clipchamp






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyəli #jurnalist #Bayraqdar #Qızılalmadan #danışdı #Qarabağın #təhlükəsizliyi #əmin #əllərdədir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu