fbpx
Xəbərlər

Türkiyənin peşəkar dietoloqu Mehtap Yakut Azərbaycanda mükafatlandırıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin tanınmış dietoloqu Mehtap Yakut “Reputation İnc.” PR və Event şirkətinin təşkilatçılığı ilə Bakıda baş tutan “Global Woman Awards – 2022” tədbirinə dəvət alıb və uğurlu fəaliyyətinə görə “The Professional Dietologist” mükafatına layiq görülüb.

Dietoloqun yaxın zamanlarda “Kendini sevdiğinde ağırlıklarından kurtulacaksın” adlı kitabı işıq üzü görüb və böyük rəğbətlə qarşılanıb. Uğurlu və peşəkar fəaliyyətindən söz etdirən Mehtap Yakut “Türkiyənin ən uğurlu iş xanımları” nominasiyasına da namizəd göstərilib.

Həmçinin o, sağlam qidalanma və düzgün pəhriz mövzularında bir çox televiziya proqramlarında tez-tez qonaq olaraq dəyərli biliklərini və məsləhətlərini izləyicilər ilə bölüşür. Bundan əlavə bir çox qəzet, jurnal və media saytlarında düzgün qidalanma mövzularında məqalələri dərc edilir.

Məqsədi sağlam cəmiyyət yaratmaq olan peşəkar dietoloqun gələcək planı isə dünyanın hər nöqtəsində olan insanlara çatmaq və sağlam qidalanma mövzusunda onları marifləndirməkdir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu