fbpx

Türkiyəyə qarşı plan iflasa uğradı: Ərdoğanın dediyini edəcəklər

BEY.AZ informasiya agentliyi xəbər verir


“10 il gözləyə bilmərik və bu kimi şeylərə milyardlarla dollar xərcləməyimizə ehtiyac yoxdur”.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Dövlət katibinin köməkçisi Viktoria Nuland Vaşinqtonun İsrail təbii qazının Avropaya nəqlini nəzərdə tutan “EastMed” layihəsindən çəkilməsini belə şərh edib. O bildirib ki, təbii qazın Avropaya nəqli üçün daha uyğun plana ehtiyac var.

Qeyd edək ki, İsrail təbii qazının Avropaya nəql edilməsinin ən uyğun yolu Türkiyə üzərindən keçməsidir. Prezident Rəcəb Tayyib Ərdoğan bunu dəfələrlə bəyan edərək, region ölkələrini əməkdaşlığa dəvət etmişdi. “EastMed” layihəsi isə İsrail təbii qazını Yunanıstan üzərindən Avropaya nəqlini nəzərdə tuturdu.

Xarici KİV-lərin iddiasına görə, Rusiyaya qarşı sanksiyalardan sonra region ölkələri İsrail təbii qazının Türkiyə üzərindən keçməsinə razılıq verib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu