fbpx

Türklərə hər zaman qəzəbliyik, münasibət qurmaq barışmaq deyil

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Ölkələr arasında diplomatik əlaqələr qurmaq lazımdır ki, həm sərhəd, həm də iqtisadi məsələlər həll olunsun. Amma bu o demək deyil ki, Türkiyə ilə dostluq etməliyik”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Hrparak”a erməni millət vəkili Sergey Baqratyan deyib. Deputat qeyd edib ki, Türkiyə ilə indi beynəlxalq strukturlar dialoq təklif edirsə, niyə də cəhd etməyək?

“Təbii ki, erməni türklərə qəzəblənməyə bilməz, amma münasibət qurmaq barışmaq demək deyil. Bir çox müdriklərimiz çox yaxşı deyib ki, “düşməni yanında saxla”. 44 günlük müharibə göstərdi ki, münasibətin olmaması bizi aqressiyadan azad etmir. Biz sivil münasibətlərə hazır olduğumuzu deyirik. Amma 44 günlük qurbanların xatirəsini və ya soyqırımı heç vaxt inkar etməyəcəyik, lakin almanlarla yəhudilər arasında əlaqələr qurulduğu üçün biz də əlaqələr qurmağı bacarmalıyıq” deyə Sergey Baqratyan bildrib.

Gülbəniz Hüseynli / Metbuat.az





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu