fbpx

Türkmənistan Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanladı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BEY.AZ xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Azərbaycan sosial və iqtisadi sahələrdə yeni zirvələrə çatmışdır, həmçinin beynəlxalq arenada nüfuzunun daha da artması istiqamətində inamla irəliləməkdə davam edir.

Biz Türkmənistan və Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Türkmənistan-Azərbaycan əməkdaşlığının daha yüksək səviyyəyə qaldırılması üçün bundan sonra da Sizinlə birlikdə hərtərəfli səylər göstərməyə hazır olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Türkmənistan #Prezidenti #Azərbaycan #dövlət #başçısına #təbrik #məktubu #ünvanladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu