fbpx
Xəbərlər

Türkmənistan Xəzər suyunu Aşqabada nəql edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Xəzər dənizindən paytaxt Aşqabada daşınacaq şirin suyun istehsalı ilə bağlı göstəriş verib.

Metbuat.az xəbər verir ki, Prezident Nazirlər Kabinetinin onlayn iclasında Nazirlər Şurasının kənd təsərrüfatı sektoruna cavabdeh olan sədr müavini Annageldi Yazmuradovun hesabatını dinləyib.

Berdiməhəmmədov rayonda su problemlərinin aradan qaldırılması üçün həll yollarını təqdim edərək Yazmuradova müvafiq tapşırıqlar verib.

Türkmənistan lideri Berdiməhəmmədov əvvəlcə Yazmuradovun sədrliyi ilə hökumət komissiyasının yaradılması ilə bağlı qərar layihəsinin hazırlanmasının vacibliyini bildirib.

Xəzər dənizindən Aşqabada şirin suyun verilməsi imkanlarının qiymətləndirilməsi və Xəzər dənizində sutəmizləyici qurğuların tikintisinə başlanılması barədə göstəriş verən Berdiməhəmmədov Yazmuradova su probleminin həlli ilə bağlı işlərin hesabatını Nazirlər Şurasının iclasında təqdim etməyi tapşırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu