fbpx

Üç rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir



Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli, Lerik və Xaçmaz rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı qeyd edilən rayonların ərazilərində meşə fonduna daxil olmayan, ümumilikdə 99 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 50 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Üç #rayonda #qanunsuz #ağackəsmə #faktları #ilə #bağlı #cinayət #işi #başlanıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu