fbpx
Xəbərlər

Ucarda iki nəfər saxlanıldı – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində çöllük ərazidə çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinə rayonun Təzə Şilyan kəndi ərazisində yerləşən çöllük ərazidə narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.

Gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Bərgüşad kənd sakini Əmiraslan Məcidli və onun qohumu, Göyçay rayonunun Cəyirli kənd sakini Tural Məcidov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” yaxalanıblar. Bu zaman hər iki şəxs məsuliyyətdən yayınmaq üçün həmin ərazidən qaçmağa cəhd etsələr də onların bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Həmin əraziyə keçirilən baxış zamanı isə yaş çəkisi 58 kiloqrama yaxın olan 54 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Aşkar olunan faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, Ə.Məcidli və T.Məcidov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ucarda #iki #nəfər #saxlanıldı #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu