UEFA-dan Azərbaycan millisinin rəqibi ilə bağlı QƏRAR
UEFA Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Estoniya millisini cərimələyib.
BEY.AZ xəbər verir ki, Estoniya Futbol Assosiasiyası azarkeşlərinin irqçi davranışları səbəbindən 10,000 avro cərimə olunub. Bu hadisə komandanın IV turda İsveçə qarşı oynadığı ev oyununda (0:3) qeydə alınıb.
Bundan əlavə, assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Əgər bu cür hallar təkrarlanarsa, Estoniya millisinin oyunlarında müəyyən tribunalara giriş məhdudlaşdırılacaq.
Xatırladaq ki, Estoniya V turda Azərbaycan yığması ilə noyabrın 16-da Qəbələ şəhər stadionunda qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |