fbpx

“Uğur seriyasını davam etdirmək istəyirik”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Avro-2024”-ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya yığmasının qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi martın 23-də təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, heyətdə zədəli futbolçularımız var: “Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emrelinin yoxluğu komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var. Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğur seriyasını davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik”.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Uğur #seriyasını #davam #etdirmək #istəyirik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu