fbpx
Xəbərlər

Ukrayna GƏRGİNLİYİ: Qarşıdakı günlərdə nə baş verəcək?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, bu gün RusiyaUkrayna sərhədində partlayış səsləri eşidilib. Məlumata görə, Ukraynanın şərqindəki Elenovka kəndi və Donetsk hava limanı yaxınlığı bombalanıb. Məsələ ondandır ki, iki gün öncə Rusiya Ukrayna sərhədləri yaxınlığında topladığı bəzi qoşun bölmələrinin geri, bazaya qayıtdığını bəyan etmişdi.

Ukraynanın şərqi, cənubu və şimalına yaxın ərazilərdə cəmləşdirilən və sayı təxminən 130 min olan hərbçilərin geri çəkilməsi xəbəri hətta Britaniya və Ukraynada bir qədər həyəcan doğurub və maliyyə bazarlarında kəskin canlanmaya səbəb olmuşdu. Kremlin sözçüsü Dmitri Peskov isə demişdi ki, onların qonşusuna qarşı heç bir işğal planı yoxdur.

Rusiya-Ukrayna arasında gərginlik barədə Metbuat.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı bildirdi ki, tərəflər arasında hazırda söz oyunu gedir. Onun şərhinə görə, ola bilsin ki, Qış Olimpiya Oyunlarından sonra, müharibə ola bilər. Çünki Rusiya Ukrayna məsələsində Çindən istədiyi dəstəyi ala bilməyib.

“Qərb diplomatlarının fikirlərinə görə, Ukrayna ilə bağlı əməliyyat planı Putinin masasının üzərindədir. Hazırda münaqişə ilə bağlı hadisələr səngisə də Almaniya kansleri Olaf Şolz ilə görüşdən sonra Putinin ümidverici danışması müharibənin başlanması ilə bağlı fikirləri təxirə saldı.

Putin bildirib ki, bir qrup Rusiya ordusuna məxsus əskər artıq Ukrayna sərhədindən qərargahlarına qayıdıblar. Görünür Fransa prezidenti Emanuel Makronla görüşdən fərqli olaraq Almaniya kansleri ilə görüş daha məhsuldar keçib. Bəlkə də münaqişə ilə bağlı Putin istədiyi vədləri Almaniyadan ala bilib”.

Politoloq vurğuladı ki, bu məsələlərdən nə baş verməsindən asılı olmayaraq hazırda ən çox Ukrayna əziyyət çəkir.

“Ukrayna prezidenti Volodimir Zelenski hakimiyyətə gəldikdən sonra cəmiyyəti müharibəyə hazırlamağa nail ola bilməmişdir. Ukraynanın Hərbi Hava Qüvvələri sahəsində də problem var. Ukrayna Türkiyədən PUA alsa da, onun idarəedilməsi üçün mərkəzin inşası da tam yekunlaşmayıb. Bu hazırlıqlar bitdikdən sonra Ukrayna müharibə ilə bağlı cəhdlərində uğurlu ola bilər. Ümumiyyətlə Ukraynanın iki yolu var. Ya Minsk formatını qəbul etməlidir, ya da müharibə aparıb torpaqlarını separatçılardan təmizləməlidir. Baxmayaraq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda münaqişənin sülh yolu ilə həll olunması üzrə Minsk sazişi formatının islahatını və ya ləğvini dəstəkləyir amma Zelenski, həmçinin ABŞ, Böyük Britaniya və Kanadanı diplomatik prosesdə daha aktiv iştirak etməyə də meyillidir.”

Qeyd edək ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ərazilərində atəşkəsi nəzərdə tutan Minsk protokolu 2014-cü il sentyabrın 5-də Ukrayna, Rusiya və ATƏT nümayəndələri tərəfindən imzalanıb. 2015-ci il fevralın 11-12-də Minsk şəhərində keçirilən sammitdə imzalanmış ikinci sazişdə Normand dördlüyü ölkələri – Almaniya, Fransa, Ukrayna və Rusiya liderləri iştirak ediblər. Sonradan Minsk razılaşmaları BMT Təhlükəsizlik Şurasının xüsusi qərarı ilə təsdiqlənib.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu