fbpx

Ukrayna hərbçiləri Rusiya təyyarəsini atəş açmadan MƏHV ETDİ

Ukrayna hərbçiləri “Buk M1” zenit-raket kompleksindən istifadə edərək, bir raket atmadan Rusiya təyyarəsini məhv edib.

Bey.az xəbər verir ki, bunu “Buk M1” raket batareyasının komandiri, Ukrayna Qəhrəmanı Yaroslav Melnik müsahibəsində deyib.

“Bir raket də atmadan təyyarəni vurduq. Hədəfi tapdıq. İşıqlandırma radarını işə saldıq. Bu zaman rusiyalı sürücünün kabinəsində radara məruz qalması ilə bağlı səsli mesajlar səsləndi. O, anladı ki, təyyarə hədəfdədir. Bu, pilotu elə həyəcanlandırdı ki, o, dərhal katapult etdi. Beləliklə, təyyarə qəzaya uğradı”, -deyə Melnik bildirib.

Qeyd olunur ki, Melnikin rəhbərliyi altında qrup yarım ildən artıq Xarkov vilayətində rus pilotlarına müqavimət göstərib. Onların hesabında 28 düşmən hədəfi var: 11 müxtəlif tipli döyüş təyyarəsi, iki helikopter, iki qanadlı raket və 13 pilotsuz uçuş aparatı.

Melnik Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Gününə həsr olunmuş mərasimdə prezident Vladimir Zelenskidən “Qızıl Ulduz” ordeni alıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu