fbpx

Ukrayna Silahlı Qüvvələri Soledardan çıxdıqlarını təsdiq etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynanın Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib.

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun Qrupunun nümayəndəsi Sergey Çerevatı məlumat verib.

O, belə bir qərarın ukraynalı hərbçilərin həyatını xilas etmək məqsədilə verildiyini izah edib. “Şəxsi heyəti xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkilib, əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib”, – o bildirib.

Çerevatının sözlərinə görə, ukraynalı hərbçilər qarşıya qoyulmuş tapşırığı yerinə yetirib, düşmənin Donetsk istiqamətində cəbhəni yarmasına imkan verməyiblər. O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə Rusiya qüvvələrini gücdən salmağa nail olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukrayna #Silahlı #Qüvvələri #Soledardan #çıxdıqlarını #təsdiq #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu