fbpx

Ukrayna XİN İran səfirinin akkreditasiyasını ləğv edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Sentyabrın 23-də İran İslam Respublikasının müvəqqəti işlər vəkili Ukraynadakı İran Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb, səfirin akkreditasiyasından məhrum edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

“İran tərəfinə bildirilib ki, Rusiya qoşunlarının Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadəsi üçün Rusiyaya İran silahlarının tədarükü İranın ali rəhbərliyin açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir. Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü Ukrayna ilə İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir.

Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, – məlumatda qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu