fbpx

Ukraynada həlak olan uşaqların sayı 200-ü keçib

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 205 uşaq ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu yayıb.

Qeyd edilib ki, 362 uşaq güllə və qəlpə yarası alıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu