fbpx

Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ilkin olaraq Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Hazırda nəqliyyat vasitələri Rumıniya ilə sərhədə çatıb və Rumıniyaya keçid üçün sənədləşməni gözləyirlər.

Təxliyə prosesi Moldovadakı diplomatik korpusumuzun köməyi ilə həyata keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir.

Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin də təxliyəsi ilə bağlı işlər görülür, onlarla mütəmadi olaraq əlaqə saxlanılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu