fbpx

“Ukraynadakı müharibə İstanbulda başa çata bilər”

BEY.AZ informasiya agentliyi xəbər verir

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski BMT-nin iştirakı ilə təşkil olunacaq toplantıda iştirak edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, Rusiya və Ukrayna Prezidentlərini toplantıya dəvət edən Ərdoğan, toplantının İstanbulda keçirilməsini təklif edib. İddia edilir ki, Zelenski Qərbin də iştirak etdiyi masaya əyləşməyə etiraz etmir. Həmçinin Putininin də Ukraynanın bəzi güzəştlər edəcəyi təqdirdə danışıqlarda iştirak edəcəyi istisna edilmir. Ekspertlər bildirir ki, həm Rusiya, həm də Ukrayna tərəfi müharibənin masada bitəcəyini yaxşı anlayır. Xarici KİV-lərin məlumatına görə, Qərbdə hesab edirlər ki, Rusiya Ukraynada ciddi şəkildə sarsılıb və Moskvaya böyük dərs olub. Müharibənin uzanması Avropanın da təhlükəsizliyi üçün problem yarada bilər. Buna görə də, Qərbin bəzi aparıcı ölkələri müharibənin davam etməsində maraqlı deyil. Lakin bunun əksini istəyən dövlətlər də az deyil.

Qeyd edək ki, ötən gün Ərdoğan həm Putin həm də Zelenski ilə telefonda danışıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin