fbpx
Xəbərlər

​Ukraynalı tanınmış ifaçı Yaroslava Azərbaycanda təltif olundu


Musiqi ruhun qidasıdır. Onu yaratmaq isə istetdadlı insanlara məxsusdur. Dövrümüzün gənc istedadlarından ukraynalı ifaçı Yaroslavanın musiqi ənənələrinin qorunub saxlanılması və inkişafında özünəməxsus rolu var.

Musiqi duyumu və ilhamı birləşdirən istedadlı musiqiçi, bəstəkar və ifaçı Yaroslava özünüifadə tərzi və yaradıcı inkişaf arzusu ilə müasir musiqi səhnəsinin parlaq nümayəndəsinə çevrilir.

Onun melodiyaları həm şəxsi təcrübələrdən, həm də həyat müşahidələrindən doğan hisslərin və hekayələrin təcəssümüdür.

Özünəməxsus üslubu ilə diqqətləri özünə cəlb edən Yaroslava bu gün bütün dünyada dinləyicilərin qəlbini fəth edə bilib. Bu sahəyə ilk addımlarını atarkən çətinliklərlə üzləşsə də, yaradıcılığa olan həvəsi və özünə olan inamı sayəsində o, bütün maneələri dəf edir.

Müxtəlif zövqlərə malik geniş auditoriyaya xitab edən ifaçı gənc musiqiçilərə ilham mənbəyidir.

Yaradıcılıqla yanaşı ictimai fəaliyyətlərdə də fəal iştirak edən müğənni xeyriyyə layihələri dəstəkləyir və müxtəlif mədəni tədbirlərdə iştirak edir.

Gələcəyə yönəlik böyük hədəfləri olan istedadlı müğənni 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Talented Singer of The Year” nominasiyasına layiq görülmüşdü.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu