fbpx

“Ukraynanın müharibəni dayandırmaq imkanı yoxdur”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Ukrayna müharibəni dayandıra bilməz. Rəsmi Kiyevin belə bir imkanı yoxdur”.

Metbuat.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukraynanın təslim olması sülhdən imtina deməkdir: “Bu, Rusiyanın işğalının davam etməsi demək olacaq. Ukraynaya isə ədalətli və sabit sülh lazımdır”.

Y.Stoltenberqin fikrincə, Ukraynanın davamlı və ədalətli sülhə nail olmaq üçün Rusiyaya qarşı şiddətli mübarizədən başqa variantı yoxdur: “NATO müttəfiqləri bu mübarizədə lazım olduğu qədər Ukraynanın yanında olacaqlar. Ukrayna gücləndikcə Rusiya işğalına son qoymağa bir o qədər yaxınlaşırıq. Rusiya bu gün silahı yerə qoya və bu müharibəyə son qoya bilər”.

Baş katib bildirib ki, Ukraynanın gələcəyi NATO-dadır: “Biz Ukraynanın Alyansa üzvlüyü üçün birlikdə çalışırıq”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ukraynanın #müharibəni #dayandırmaq #imkanı #yoxdur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu