fbpx

“Ukraynaya hərbi yardım Üçüncü Dünya müharibəsinə səbəb olacaq”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Amerikanın Ukraynaya təyyarə və tank göndərməsi III Dünya Müharibəsinə yol açacaq”.

Metbuat.az xəbər verir ki, bunu Cozef Bayden Demokratların Filadelfiyada Nümayəndələr Palatasında keçirilən konfransında deyib.

Prezident ABŞ-ın Ukraynada Rusiyaya qarşı hər hansı hərbi əməliyyatlara başlamaq fikrində olmadığını deyib.

“Putin NATO-nu parçalaya biləcəyini düşünürdü, ölkəmizi və Qərbi parçalaya biləcəyini düşünürdü, amma buna nail olmadı. Biz Avropadakı müttəfiqlərlə çiyin-çiyinə dayanmağa davam edəcəyik və aydın mesaj göndərəcəyik. Biz NATO ərazisinin hər qarışını tam gücümüzlə – birləşərək və yeni NATO enerjisi nümayiş etdirərək müdafiə edəcəyik”,- deyə prezident vurğulayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu