fbpx

Ülkər Səttarova yeni şuranın sədri oldu

Rüya Yorumları burda


Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri seçilib.

BEY.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiya iclasında qərar qəbul edilib.

Sözügedən şura 11 nəfərdən ibarət olacaq.

Üzvlərin siyahısını təqdim edirik:

– Elm və Təhsil Nazirliyi Aşqarlar Kimya İnstitutunun icraçı direktoru Sucayev Əfsun Rəzzaq oğlu

Rüya tabirlerini burdan oku

– Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri Bilalov Bilal Telman oğlu

– Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi Hüseynov Elçin Məmmədəli oğlu

– Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Əliyev Ələkbər Əli Ağa oğlu

– Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Babayev Qulam Rüstəm oğlu

– Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun laboratoriya müdiri Baxşəliyeva Könül Fərrux qızı

– Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri Süleymanov Səftər Yusif oğlu

– Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Axundova Nərgiz Çingiz qızı

– Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Süleymanov Elçin Bəhmən oğlu

– elm və təhsil nazirinin müşaviri Abızadə Azər Etibar oğlu.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu