fbpx

“Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi daim ürəklərdə yaşayacaq”

BEY.AZ informasiya agentliyi xəbər verir



Prokurorluq işçiləri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını böyük hörmətlə ziyarət edir, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinə yüksək ehtiramını bildirir. Prokurorluq da həmişə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 17 iyul tarixli Sərəncam ilə “1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü” təsis edilib, bu isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa qayğının ifadəsi, onun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olub.

Metbuat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında mayın 10-da Fəxri xiyabanı ziyarət edən hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, Ümummilli Liderin prokurorluq işçilərinin rifahına xidmət edən “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncamı isə prokurorluq işçiləri tərəfindən sonsuz sevinc hissləri ilə qarşılanıb və onlarda böyük ruh yüksəkliyi yaradıb: “Ulu Öndər Heydər Əliyevin prokurorluğun işini, həmçinin dövlətçiliyə olan sədaqətini dəyərləndirməklə onun fəaliyyətinə yüksək qiymət verməsi hər bir əməkdaşı qürurlandırmaqla yanaşı, üzərimizə böyük məsuliyyət qoyub. Odur ki, bu gün hər bir prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşı xidməti vəzifələrini layiqincə icra etməsi üçün daha əzmlə çalışır. Prokurorluq əməkdaşları Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı müdrik rəhbər İlham Əliyevin dövlətçilik, qanunçuluq, vətənpərvərlik, humanistlik və milli maraqlara xidmət edən digər ənənələrinə daim sadiq qalacaqlar. Bu il də Baş prokurorun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluqda, mayın 6-da isə Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluqda Ümummilli Liderin 100 illik yubileyi təntənəli surətdə qeyd olunub, bu dahi insanın əziz və unudulmaz xatirəsi hörmətlə yad edilib. Əminik ki, illər qərinələr, əsrlər keçsə belə, Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi daim ürəklərdə yaşayacaq və böyük siyasi xadim hər zaman dərin ehtiramla anılacaq”.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ulu #Öndər #Heydər #Əliyevin #parlaq #xatirəsi #daim #ürəklərdə #yaşayacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu