fbpx
Xəbərlər

UNİCEF həyəcan siqnalı çalır – Münaqişə səbəbindən 1 milyondan çox uşaq Ukraynanı tərk edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsidə artıq 1 milyondan çox uşaq Ukraynanı tərk edib.

Metbuat.az xəbər verir ki, bu məlumatı martın 10-da Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu ( UNİCEF ) dərc edib. Araşdırmada qeyd olunur ki, kiçik ukraynalıların əksəriyyəti ailələri ilə birlikdə Polşa, Macarıstan, Slovakiya, MoldovaRumıniyaya qaçıb.

Məlumat üçün bildirək ki, UNİCEF tərəfdaşları ilə birlikdə 20 min uşaq və anaya kömək məqsədilə Ukraynanın 5 müxtəlif bölgəsində müharibədən zərər çəkmiş 22 xəstəxanaya tibbi ləvazimatların çatdırılmasını həyata keçiriblər.

“Biz ehtiyacı olan uşaqlara və ailələrə kömək etmək üçün əlimizdən gələni edirik, lakin müharibə bitməlidir. Sülh münaqişənin yeganə davamlı həll yoludur”, – deyə UNICEF-in Avropa üzrə regional direktoru Afşan Xan bildirib.

Qeyd edək ki, Ukrayna KİV-də yayılan statistik məlumatlara görə münaqişə başlayandan azı 71 uşaq həlak olub, 100-dən çox uşaq yaralanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu