fbpx
Xəbərlər

Uşaq yeməyi oğurlayan şəxslə bağlı AÇIQLAMA: “Etiraf edib”

BEY.AZ informasiya agentliyi xəbər verir



Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib.

Metbuat.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq (177.2.1 və 177.2.2) maddələri ilə məhkum olunmuş 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb:

“Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib. Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”.

Qeyd edək ki, daha əvvəl Lent.az-ın yaydığı məlumatda İlkin Məmişovun 100 manat dəyərində olan uşaq yeməyini övladı üçün oğurladığı bildirilmişdi.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Uşaq #yeməyi #oğurlayan #şəxslə #bağlı #AÇIQLAMA #Etiraf #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu