fbpx

“Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Heydər Əliyev Mərkəzində tezliklə “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılacaq.

Metbuat.az xəbər verir ki, sərgidəki eksponatlar vasitəsi ilə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin xırda bəylikdən böyük imperiyaya qədər keçdiyi yolu, Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerini izləmək mümkün olacaq.

Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Harbiye Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar.

Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) anadan olmasının 600-cü ildönümüdür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Uzun #Həsən #Ağqoyunlu #dövlətinin #hökmdarı #sərgisi #açılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu