fbpx

Vəfatından bir il ötən ​Xalq artistinin məzar daşı niyə qoyulmur?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xalq artisti Əlibaba Məmmədov ötən ilin fevralında dünyasını dəyişib və Fəxri Xiyabanda torpağa tapşırılıb.

Metbuat.az xəbər verir ki, üzərindən 1 ildən çox vaxt keçib, amma sənətkarın məzarının üstü hələ də götürülməyib.

“Xəzər Xəbər” məsələyə Xalq artistinin ailəsi və aidiyyəti qurumla aydınlıq gətirməyə çalışıb.

Xalq artistinin qızı Rəksanə Məmmədli deyir ki, atasının qəbir daşının hazırlanması üçün dövlət tərəfindən 16 min manat pul ayrılıb.

Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti də bu eskizi hazırlayaraq, onlara göstərib, lakin ailə ilə trest ortaq məxrəcə gələ bilməyib.

Hazırki vəziyyət Xalq artistinin qızını çox narahat edir. Hətta, son olaraq martın 29-u atası Əlibaba Məmmədovla bağlı Beynəlxalq Muğam Mərkəzində təşkil olunan xatirə gecəsinə getməkdən imtina edib.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirildi ki, bunun üçün trestə 16 000 manat pul ayrılıb?

“Sənətkarın ailəsinə məlumat verilib, lakin ailə ödənilən məbləğlə razılaşmayıb”.

Qurumun məlumatına görə, həmin vəsait digər məzar daşlarına da şamil olunur, yəni bu məsələdə heç bir ayrıseçkilikdən söhbət gedə bilməz.

Əlibaba Məmmədovun qızı Rəksanə Məmmədli razılaşdığı təqdirdə həmin məzar daşının qoyulması dərhal təmin olunacaq.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vəfatından #bir #ötən #Xalq #artistinin #məzar #daşı #niyə #qoyulmur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu