fbpx

“Vəkillik peşəsi mənə daha çox rasional, soyuqqanlı olmağı öyrədib”

BEY.AZ informasiya agentliyi xəbər verir


Zəngin beynəlxalq təcrübəyə malik olan Sima Yaqubova bir sıra böyük hüquq layihələrində uğurla fəaliyyət göstərir.

Peşəkar vəkil Avropa İttifaqının və Avropa Şurasının Azərbaycan Hökuməti ilə birgə Əməkdaşlığı ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı” Proqramında “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” üzrə vəkillər, prokurorluq orqanları əməkdaşları, praktik hüquqşünaslar üçün hüquq təlimçisi və milli ekspertdir. Bundan başqa, korporativ hüquq, əmək hüququ və antikorrupsiya İSO standartları mövzusunda uğurlu təlimçi olmaqla, özəl şirkətlər və bir sıra dövlət orqanları ilə təlimçi qismində əməkdaşlıq edir.

“Vəkillik peşəsi mənə daha çox rasional, soyuqqanlı olmağı öyrədib. Bu çox spesifik bir sahədir. Burada həm hüquqla, həm də vətəndaşla işləyirsən. Vətəndaşla işləmək elə də asan deyil. Hərə bir xarakterə sahibdir, hərənin bir anlama qaydası, müxtəlif cür savadı var. Bu peşədə iradə baxımından, mənəvi psixoloji baxımdan tab gətirə bilmək üçün bu peşəni sevmək lazımdır” – deyə Sima Yaqubova qeyd edir.

O, ictimai fəaliyyətdə aktiv vəkillərdən olmaqla yanaşı, 2020-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Hüquq və Mən” verilişinin aparıcısı olub. Bundan savayı mütəmadi olaraq hüquqla bağlı televiziya proqramlarında aktiv iştirak etməklə geniş auditoriyaya olduqca vacib və faydalı məlumatlar bölüşür, tamaşaçıların rəğbətini qazanır.

Bir müddət əvvəl isə Sima Yaqubova uğurlu hüquq fəaliyyətinə və qazandığı yüksək nəticələrə görə “Reputation Inc” şirkəti tərəfindən “Four Seasons Baku” otelində keçirilən “Global Woman Awards” layihəsinin qala gecəsində mükafatla təltif olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin