fbpx

​Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Avropada səfərdədir

BEY.AZ informasiya agentliyi xəbər verir


Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov Avropada işgüzar səfərdədir.

Metbuat.az xəbər verir ki, Vətəv Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Belçika, Hollandiya və Almaniyada fəaliyyət göstərən diaspora nümayəndələri, xarici millət vəkilləri və həmvətənlilərimiz ilə görüşlər keçirəcəkdir.

Səfərin ilk günlərindən başlayaraq “Benilüks” Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə nümayəndə heyəti Belçikada fəaliyyət göstərən “Brüssel-Azərbaycan” Mədəniyyət evini ziyarət etdilər. Mədəniyyət evinin inzibati binası ilə yaxından tanış oldular və gələcək əməkdaşlıq məsələlərini geniş şəkildə müzakirə etdilər.

Növbəti gün nümayəndə heyəti tərəfindən Amsterdamda fəaliyyət göstərən Hollanda Türk Federasyonunu ziyarət edildi. Görüş zamanı Hollanda Türk Federasyonu Başkanı Murat Gedik Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyətinin qərarına əsasən Azərbaycan-Türkiyə qardaşlığının inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edildi.

Nümayəndə heyəti Rotterdam şəhərində yaşayan Pakistanlı iş adamı Tajamal Hussain Choudry ilə görüş keçirilib. 44 günlük Vətən Müharibəsində xüsusi dəstək olmuş Pakistanlı iş adamına müxtəlif hədiyyələr təqdim edildi.

Nümayəndə heyəti tərəfindən Avropada fəaliyyət göstərən “Qarabağ” İdman klubunun təsisçilərilə görüş keçirildi. Görüş zamanı onlara Avropada “Qarabağ” adının təbliğatı və təşviqatı istiqamətindəki xidmətlərinə görə təşəkkür edildi.

Eyni zamanda Benilüks Azərbaycanlıları Konqresinin və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndələri Haqa şəhərində Hollandiya-Azərbaycan Türk Kültür Dərnəği ilə görüş keçirdilər. Təşkilat tərəfindən yaradılmış Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.

Qeyd edək ki, səfər mart ayının 8-nə qədər davam edəcəkdir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu