fbpx

Vətən müharibəsi şəhidinin atası vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Məmmədovun atası Müzəffər Məmmədov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Məmmədov oktyabrın 11-də Xocavənd döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.

Şəhriyar Məmmədov ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vətən #müharibəsi #şəhidinin #atası #vəfat #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu