fbpx

Vətəndaşlar bankdan yox, deputatdan borc istəyir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan xalqını, Azərbaycan vətəndaşını dövlətdən narazı salan şəbəkəyə qalib gələ biləcəyik, yoxsa yox? Buna ümid çox azdır”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, artıq vətəndaşlar bankdan borc istəmir, deputatdan istəyir:

“Dünən seçicilərimi qəbul etdim. Təqribən 15 nəfərdən 10 nəfəri məndən iş istədi, məşğulluqdan yox, 5 nəfər məndən borc istədi, bankdan yox. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC onlarla fəhləni işlədib, pulunu verməyib. Rayonlarda onlarla insan maaş, pensiya kartını sələmçiyə verib, çünki dolana bilmirlər. Qarabağ savaşından sonra problemlərin bu qədər qabarıq olması insanların dövlətə inamını sarsıtmaq üzrədir. Bu qədər çətin vəziyyətdə olan bir xalqın, insanların vəziyyətini yüngülləşdirmək üçün səlahiyyətli insanlar bunu həll etməlidirlər. Bu qədər böyük bir qələbə qazanmış və qələbənin memarı olan ölkə Prezidentinin inamını bu dövlətə qarşı sasıtmasınlar”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu