Vardanyan onlar üçün acı olan həqiqəti ETİRAF ETDİ
Azərbaycan Qarabağa tam nəzarət edir.
Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qarabağdakı erməni separatçıların keçmiş liderlərindən biri Ruben Vardanyan “Frans 24” telekanalına müsahibəsində deyib.
“Hesab etmək olarmı ki, bütün Qarabağ Azərbaycanın nəzarətində olan ərazidir?” – deyə jurnalist Vardanyana sual ünvanlayıb.
“Bəli, onlar bölgəyə tam nəzarət edirlər”, – deyə o cavab verib.
Ruben Vardanyanın sözlərinə görə, Qarabağın erməniəsilli sakinləri orada qalmaq istəmirlər və Ermənistana getməyə çalışırlar.