fbpx

Vasif Talıbov tələbə olduğu vaxt Ali Məclis sədri olub, oğlu Seymur isə…

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov bu vəzifədə olarkən tələbə imiş.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, 1995-ci ildə Ali Məclisin sədri olub. Həmin vaxt isə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin tələbəsi olub.

Vasif Talıbovun tərcümeyi-halında da onun 1998-ci ildə BDU-nun hüquq fakülətsini bitirdiyi qeyd edilib.

Bundan əvvəl məlum olmuşdu ki, Vasif Talıbovun oğlu Seymur Talıbov 15 yaşında BDU-nun hüquq fakültəsinə daxil olub.

Vasif Talıbov 1995-ci ilin dekabrında 2022-ci ilin dekabrına qədər Naxçıvan MR Ali Məclisinin sədri olub.

Ötən ilin dekabrında isə səhhəti ilə əlaqədar tutuduğu vəzifədən istefa verib. Lakin onun istefasından sonra yaxın ətrafının da “vurulması” prosesinə start verilməsi istefanın kökündə başqa səbəblərin dayanması barədə mülahizələrə səbəb olub.

Bəzi iddialara görə, Vasif Talıbovun görəvdən alınması onun mərkəzi hakimiyyətin siyasi kursuna zidd addımlar atması ilə bağlıdır. Bu məsələdə keçmiş sədrin Azərbaycanla münasibətləri gərgin olan Rusiya və İranla mübhəm əlaqələrinin olması önə çəkilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vasif #Talıbov #tələbə #olduğu #vaxt #Ali #Məclis #sədri #olub #oğlu #Seymur #isə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu