fbpx

Voleybol çempionatlarında növbəti turun proqramı açıqlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, aprelin 12-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçiriləcək.

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16:00-da “Neftçi” – “Sərhədçi” matçı ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK “Ekspress”lə görüşəcək.

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı saat 16:00-da “Abşeron” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” – UNEC duelinə start veriləcək.

Görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu