fbpx

Volkan Dəmirəl bu klubun baş məşqçisi olur



Superliqa komandalarından “Adana Dəmirspor” yeni baş məşqçi gətirmək üçün hərəkətə keçib.

BEY.AZ xəbər verir ki, “Adana Dəmirspor” “Fənərbaxça”nın keçmiş qapıçısı Volkan Dəmirəllə anlaşıb. Məlumata görə, Super Liqada 6 matçda 1 xal toplayaraq liqanın sonuncu pilləsinə yüksələn “Adana Dəmirspor”, baş məşqçi Mixael Valkanislə yollarını ayırıb. Yeni məşqçi axtarışında olan klub, Volkan Dəmirəllə görüş keçirib. “Adana Dəmirspor” Dəmirəllə fikir mübadiləsi aparıb və böyük ölçüdə razılığa gəlib. Keçmiş qapıçı özü də klubla danışıqlar apardığını açıqlayıb.

Qeyd edək ki, Volkan Dəmirəl hazırda şərhçi kimi fəaliyyət göstərir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin