fbpx

“Volkswagen” Rusiyadakı dilerlərə avtomobil tədarükünü DAYANDIRDI

BEY.AZ informasiya agentliyi xəbər verir


“Volkswagen” fevralın 28-dən Rusiya dilerlərinə avtomobillərin çatdırılmasını dayandırıb.

Metbuat.az xəbər verir ki, şirkətin mətbuat xidmətindən RİA Novosti -yə verilən məlumata görə, söhbət idxaldan yox, artıq Rusiyada olan avtomobillərdən gedir.

Ötən həftənin sonunda Rusiya Federasiyasına avtomobillərin tədarükünü dayandırmaq qərarına gələn və ya qərar vermək niyyətində olan ən azı yeddi marka haqqında məlum idi. Onların arasında mətbuatda Jaguar Land Rover, Audi və Skoda-nın adı çəkilib.

Daha əvvəl, Moskva Renault zavodunda istehsalın fevralın 28-dən martın 5-dək dayandırılacağı ilə bağlı xəbərlər yayılmışdı. Səbəb sərhəd rejimlərinin gücləndirilməsi ilə bağlı komponentlərin tədarükündə fasilələrin olması göstərilmişdi. Qeyd edək ki, fevralın son həftəsində Rusiyada işlənmiş avtomobillərə tələbat artıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu