fbpx

“Volt”dan AQTA-ya sərt cavab – Fəaliyyətə davam edirik

BEY.AZ informasiya agentliyi xəbər verir


“Volt Azərbaycan” MMC fəaliyyətinin dayandırılması ilə bağlı ötən gün yayılmış xəbərə dair açıqlama ilə çıxış edib.

Metbuat.az “Report.az”a istinadən xəbər verir ki, şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər.

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) irəli sürdüyü iddialara gəldikdə isə, “Wolt” öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib.

“Volt Azərbaycan”ın pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüf olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, – deyə açıqlamada qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Voltdan #AQTAya #sərt #cavab #Fəaliyyətə #davam #edirik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu