fbpx

Vüsalə Əlizadə efirdən OD PÜSKÜRDÜ: Sözümün arxasındayam

BEY.AZ informasiya agentliyi xəbər verir


“Səmimiyyəti çox sevirəm. Nə varsa, onu deyirəm və danışıram. Özüm də tamaşaçı kimi bəzi həmkarlarımı izləyəndə deyirəm, rahat ol. Poz qaydaları, sərhədləri keç. Təbii bəzi sərhədlər var ki, onları aşa bilmərik”.

Metbuat.az olay.az-a istinadla yazır ki, bu sözləri Vüsalə Əlizadə aparıcısı olduğu “7 canlı” verilişində deyib. O, bir müddət əvvəl həmkarları ilə bağlı səsləndirdiyi fikirlərdən danışıb:

“Bəzən isə görürsən özləri deyillər, qəlibdədilər sanki. Biz verilişin ikinci ilini qeyd edirdik. O zaman aparıcılarla bağlı bir fikir söylədim. İndi görürəm ki, bəzi maqazin proqramları sanki başqaları Vüsalə Əlizadənin fikirlərini “yıxıb-sürüyəcəklərmiş” kimi yanaşaraq bunu şoulaşdırmaq istədilər. Amma mən nə demişəmsə, düz söyləmişəm. Ustadlardan dərs almışam, sözümün də arxasındayam. Hansısa peşəkarı, savadlı, bu sənətdə öz dəst-xətti olan birini, hansı ki, sənət və yaş baxımından kiçik olduğum insanları gətirin.

Deyin ki, Vüsalə Əlizadə bu sözü dedi. Onların fikirlərini öyrənin. Hansı ki, həmkarlarım da məni dəstəklədilər. Kimlər ki, üç-beş günlük efirdədilər, reklamlı, sponsorlu verilişləri təqdim edirlər. Onların aparıcılığa aidiyyəti yoxdur. Sənət adamlarının apardıqları şou proqramların da həmçinin. Mən peşəkar, savadlı, efir üçün yetişmiş aparıcıdan bəhs edirəm. Yeddi yaşımda Azərbaycan Televiziyasının uşaq redaksiyasında aparıcı kimi yetişmiş kadram. Baxmayaraq ki, ATV-də ilk vaxtlar müxbir vəzifəsində çalışdım. Amma mən peşəkar aparıcı kimi gəlmişdim”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu