Vüsalə Əlizadənin verilişi DAYANDIRILDI: Canlı yayım zamanı…
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün Vüsalə Əlizadənin aparıcılığını etdiyi “7 canlı” proqramının yayımı növbəti dəfə yarımçıq dayandırılıb.
Metbuat.az axşam.az-a istinadla xəbər verir ki, “ATV” kanalında nümayiş olunan verilişdə Xalq artistləri Məleykə Əsədova və Niyaməddin Musayev qonaq olublar.
Proqram başladıqdan 1 saat 11 dəqiqə sonra, Vüsalə Əlizadənin reklam təqdimatı yarımçıq kəsilib. Daha sonra “7 canlı”nın yerinə “Külləmə” adlı komediya şousu efirə gedib.
Proqramın hansı səbəbdən kəsilməsi ilə bağlı isə hələlik açıqlama verilməyib.
Qeyd edək ki, ötən ay da “7 canlı” proqramının yayımı yarımçıq dayandırılmışdı. ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli isə Axşam.az-a açıqlamasında buna texniki problemin səbəb olduğunu bildirmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.