fbpx
Xəbərlər

“WhatsApp” əyləncəli funksiyanı istifadəyə verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“WhatsApp” yeni funksiyanı istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni funksiya nəticəsində istifadəçilər süni intellektdən istifadə edərək fərdi stikerlər yarada biləcək. Bildirilir ki, yeni funksiyanın artıq beta versiyada sınaqları başlayıb. Məlumatda qeyd edilir ki, “WhatsApp” stikerlərin fərdi şəkildə yaradılmasını təmin etmək üçün süni intellektlə işləyir. Xüsusi stikerlər sayəsində tətbiq daha əyləncəli olacaq. İstifadəçi istədiyi stiker haqqında mətni dəqiqləşdirmək üçün “Sticker” seçimində “Yarat” düyməsindən istifadə edə bilər. İstifadəçi verdiyi mətn direktivinə əsasən, süni intellekt yeni stiker yaradacaq. Bu şəkildə yaradılan stikerlərin süni intellekt tərəfindən yaradıldığına dair xüsusi imzası olacaq.

Beləliklə, istifadəçilər süni intellektlə yaradılmış stikerləri digər stikerlərdən ayıra biləcəklər. Həmçinin, uyğun olmayan və ya zərərli məzmunu olan stikerlər Meta tərəfindən aşkar ediləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#WhatsApp #əyləncəli #funksiyanı #istifadəyə #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu