fbpx

“WhatsApp”dan foto həvəskarları üçün möhtəşəm yenilik

BEY.AZ informasiya agentliyi xəbər verir


“WhatsApp” növbəti yeniliyə imza atır.

Metbuat.az xəbər verir ki, bu barədə Meta-nın baş direktoru Mark Zukerber açıqlama verib. O bildirib ki, yeniliyə əsasən “WhatsApp” istifadəçilərə HD formada ən yaxşı keyfiyyətdə fotoşəkillər göndərmək və qəbul etmək imkanı verəcək.

Açıqlamada deyilir ki, daha böyük şəkillərlə daha çox məlumat və yaddaş istifadəsinə ehtiyac yaranır. Lakin “WhatsApp” istifadəçilərin bununla bağlı narahatlığını aradan qaldırıb.

Tətbiq hər göndərilən şəkil üçün standart olaraq “Standart” keyfiyyət parametrinə malik olacaq və bu məlumatların səmərəli istifadəsinə şərait yaradacaq. “Full HD” üçün istifadəçilər mesajlarına fotoşəkillər əlavə edərkən ekranın yuxarısındakı “HD” seçimini dəyişə biləcəklər.

Tətbiq həmçinin “Ekran Paylaşımı” adlı yeni funksiyanı təqdim edəcək.Bu funksiya, istifadəçilərə sənədlər üzərində işləyərəkən, fotoşəkillərə baxarkən və digər hallarda zənglər zamanı ekranın canlı görüntüsünü paylaşmağa imkan verəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#WhatsAppdan #foto #həvəskarları #üçün #möhtəşəm #yenilik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu