fbpx

“WhatsApp”dan linklərlə bağlı mühüm yenilik



“WhatsApp” istifadəçi təhlükəsizliyini artırmaq üçün linkərlə bağlı funksiyanı sınaqdan keçirir.

BEY.AZ xəbər verir ki, yeni funksiya “WhatsApp” istifadəçilərinə linki açmadan, sadəcə “Google” axtarışdan istifadə edərək şübhəli link haqqında məlumat əldə etməyə imkan verir.

“WABetaInfo”da yer alan məlumata görə, yenilik Android üçün “WhatsApp beta versiyası 2.24.22.1″9 yeniləməsində istifadəçiyə təqdim olunub.

Xüsusiyyətin əsas məqsədi əsasən də tez-tez paylaşılan mesajlarda olan linklərin autentikliyini yoxlamağı asanlaşdırmaqdır. Bu, zərərli məzmun, fişinq cəhdləri və ya zərərverici proqram yükləmə riski olan linklərin yoxlanması üçün etibarlı yol kimi təqdim edilib.

İstifadəçilər sadəcə linkə toxunub saxlayaraq, açılan alt menyudan “Google-da axtar” seçimini seçə bilərlər. Bununla da, “WhatsApp” heç bir məlumatı öz serverlərinə göndərmədən, yalnız axtarılan linki “Google”a ötürür, bununla da istifadəçilər şəxsi məlumatlarına nəzarəti itirmir.

Funksiyanın ilkin mərhələdə tez-tez paylaşılan linklər üçün nəzərdə tutulduğu bildirilsə də, hazırda çatda paylaşılan bütün linklərdə istifadə oluna bilir. Hazırda funksiya bəzi beta istifadəçilər üçün əlçatandır, yaxın günlərdə isə daha geniş istifadəçi kütləsinə təqim olunması planlaşdırılır.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin