fbpx

Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmək istəyən 8 nəfər saxlanıldı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirilməsinə hazırlaşmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Səlibçilər” hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.

Saxlanılan 8 nəfərin adı açıqlanmır. Onların hansı silahdan istifadə edəcəkləri göstərilməsə də, bəyanatla birlikdə yayımlanan videoda tapança, ov tüfəngi, zirehli gödəkcə və ratsiya da görünür.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ermənistanda #hakimiyyəti #silahlı #yolla #ələ #keçirmək #istəyən #nəfər #saxlanıldı

Bir Cevap Yazın

Başa dön tuşu