fbpx

Xalq artistinin məzar daşı buna görə qoyulmur

BEY.AZ informasiya agentliyi xəbər verir



Ötən il fevralın 25-də vəfat edən görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi hələ də qoyulmayıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə əlaqədar sənətkarın qızı Rəqsanə Məmmədli APA-ya bildirib ki, qəbirüstü abidənin təqdim edilən eskizi ilə razı olmayıblar.

“Biz eskizi bəyənmədik. Onu hazırlayan adam indi ikinci eskiz üzərində işləyir”, – muğam ustadının qızı deyib.

Rəqsanə Məmmədli əvvəlki eskiz layihəsində müəyyən səhvlərin olduğunu diqqətə çatdırıb: “Atamın adını SSRİ Xalq artisti kimi yazmışdılar”.

O, yeni eskiz layihəsi üzərində işin nə zaman yekunlaşacağını bilmədiyini vurğulayıb: “Hazır olsun, təqdim etsinlər, yenə bir əskiklik olmasa, işə başlayacaqlar”.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 2022-ci ilin 25 fevralında vəfat edib. O, ölkə mədəniyyətinə xidmətlərinə görə, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülüb.

Əlibaba Məmmədovun qəbirüstü abidəsinin eskizi geri qaytarılıb, yenisi hazırlanır






Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xalq #artistinin #məzar #daşı #buna #görə #qoyulmur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu