fbpx

“Xalq” və “Əməkdar” adı daşıyanlar bu qədər təqaüd alır

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda 4888 nəfər fəxri ada görə təqaüd alır.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən ilin əvvəlinə görə, “Xalq” fəxri adına görə 263 nəfər 180 manat təqaüd alır.

“Əməkdar” fəxri adına görə isə ölkədə 4625 nəfər 120 manat təqaüd alır.

Müqayisə üçün qeyd edək ki, ötən il 4843 nəfər (265 nəfər “Xalq”, 4578 nəfər “Əməkdar”) fəxri adlara görə təqaüd kəsilib. Müvafiq olaraq təqaüdlər 150 və 100 manat olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xalq #və #Əməkdar #adı #daşıyanlar #qədər #təqaüd #alır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu