fbpx

Xankəndi şəhərində baza aşkarlandı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazası aşkar edilib.

BEY.AZ xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

“Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib. Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib”, məlumatda deyilir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Xankəndi #şəhərində #baza #aşkarlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu