fbpx
Xəbərlər

Xankəndidə erməni mülklərinin taleyi necə olacaq?

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Bu məsələdə tələsmək olmaz. İlk növbədə Xankəndidə kimin hansı mülkiyyətinin olduğu müəyyən edilməli və inventarizasiya aparılmalıdır. Bundan sonra əvvəl orada yaşamış azərbaycanlıların da mülkiyyət hüququnu təsbit edən sənədlər hazırlanmalıdır. Çünki Xankəndidə elə evlər var ki, azərbaycanlılara məxsus olub və ermənilər tərəfindən zəbt edilib”.

BEY.AZ-ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında Xankəndini tərk edən ermənilərin özəl mükliyyətinin dövlət tərəfindən qorunması və bu halda azərbaycanlıların əraziyə necə köçürüləcəyi haqda danışarkən millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, bu proseslərdən sonra mülkiyyət məsələlərini ya satınalma, ya da köçüb yaşamaq yolu ilə həll etmək mümkündür:

“Yəni ermənilər köçüb öz mənzillərində yaşaya bilərlər. Amma bunun üçün gərək inventarlaşma aparılsın və öncədən azərbaycanlılara məxsus olan evlərin də inventarizasiyası gerçəkləşsin. Beləliklə aydın olsun ki, ümumilikdə nə qədər ev olub və neçə şəxs buradan köçüb. Hələ ki, ermənilərin tam qayıdışı üçün hansısa əlamətlər yoxdur. Amma qətiyyən mülkiyyətə toxunmaq olmaz. Sonradan qarşımıza hansısa bir problem çıxmasın deyə, məsələ üzərində çox ciddi düşünməli, ehtiyat və təmkinlə qərarlar çıxarmalıyıq”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Xankəndidə #erməni #mülklərinin #taleyi #necə #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu