fbpx

Xankəndidəki partlayış belə baş verib

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Xankəndidə partlayış məntəqədə deyil, “ordumuzun” yanacaq anbarında baş vermişdi.

BEY.AZ globalinfo.az-a istinadən xəbər verir ki, bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş qondarma rejimin keçmiş “prezidenti” Samvel Şahramanyan deyib.

Separatçı lider erməni sakinlərin diqqətsizliyi ucbatından partlayışın olduğunu bildirib:

“Partlayış “müdafiə nazirliyi”nin anbarında baş verdi. Biz orada yanacağı istifadə üçün saxlayırdıq, lakin edə bilmədik. İnsanlar diqqətsiz və nəzarətsiz şəkildə, təhlükəsizlik qaydalarına əməl etməyib maşınlarına yanacaq yükləmək üçün anbara eniblər. Onlar yanacağı özləri çıxarmağa çalışıblar. Qaydalara riayət etmədikləri üçün də bu partlayış oldu və çox sayda insan həyatını itirdi. Biz onların hər birinin Ermənistana gedə biləcəklərini demişdik. Lakin onlar özləri maşınları ilə getmək üçün anbardan yanacaq almağa çalışdılar. Ermənistan İstintaq İdarəsində məsələ ilə bağlı araşdırma aparılır”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Xankəndidəki #partlayış #belə #baş #verib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu